Bir qrup güneyli milli-mədəni fəal saxlanılan azərbaycanlı fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib

Bir qrup güneyli milli-mədəni fəal saxlanılan azərbaycanlı fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib

GünAz TV: Bir qrup güneyli milli-mədəni fəal saxlanılan çox sayda azərbaycanlı fəalın azadlığını tələb edən bəyanat yayıb.

 

Bəyanatda fəalların qanunsuz olaraq saxlanılması pislənilərək onların qeyd-şərtsiz sərbəst buraxılması tələb olunub.

 

Bəyanatın mətni Ərk– Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsi Cəmiyyətinin Teleqram kanalında yayımlanıb.

 

“Azərbaycanın bir qrup milli-mədəni fəalı İnsan Hüquqları Bəyannaməsinin 3 və 9-cu maddəsi, eləcə də Beynəlxalq Paktın 9-cu maddəsinə istinad edərək insanların qanunsuz şəkildə özbaşına məmurlar tərəfindən saxlanılmasını insan hüquqlarının kobud şəkildə pozulması hesab edir. Həmçinin sərbəst toplaşmaq hüququ ilə bağlı ölkə konstitusiyasının 27-ci maddəsi, eləcə də kimsənin qanunsuz şəkildə saxlanılmaması və saxlandığı halda nədə şübhəli bilindiyinin açıqlanmasını vurğulayan 32-ci maddəyə əsasən son aylarda heç bir dəlil olmadan fəalların tutulması qanunaziddir və insan oğurluğu hesab olunur.

Biz azərbaycanlı fəallar olaraq bütün bunların Azərbaycan millətində qorxu yaratmağa yönəldiyinə inanırıq. Şübhəsiz ki, bu hadisə camiənin ümumi mənafeyinə ziddir. Biz bu qanunsuz və qeyri-insani hərəkəti qınayaraq tutulan fəalları dəstəkləyir, onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirib.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Azərbaycanlı milli-mədəni fəallar bəyanatın sonunda təhlükəsizlik orqanlarına qanunsuz hərəkətləri ilə bağlı xəbərdarlıq edərək onları saxlanılan fəalları sərbəst buraxmağa çağırıblar.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN