Cavad Əhmədi Yekanlı Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılıb

Cavad Əhmədi Yekanlı Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlıya qarşı sui-qəsd cəhdi ilə bağlı xəbər yayıldıqdan sonra o Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılıb.

 

Çağırış vərəqəsində onun oktyabrın 8-də Polis İdarəsinə müraciət etməsi tələb olunub.

 

Xəbər verdiyimiz kimi, fəal oktyabrın 3-də gecə saatlarında atası evindən piyada gəzintiyə çıxdığı zaman iki motosikletçinin hücumuna məruz qalıb. Onlar fəala ağır zərbə endirərək onu yerə yıxıb və dərhal hadisə yerindən qaçıb.

 

Hadisə nəticəsində baş nahiyyəsindən yaralanan fəalın üz-gözünü qan bürüyüb. Onun kürək nahiyyəsindən də cüzi xəsarət aldığı bildirilir.

 

Bu, fəalın son aylarda sui-qəsd cəhdinə məruz qaldığı ikinci hadisədir.

 

Cavad Əhmədi Yekanlı Babək qalası yürüşü ilə əlaqədar saxlandığı Kəleybər zindanından azadlığa buraxıldıqdan sonra iyulun 9-da Xoyda 3 naməlum şəxsin hücumuna məruz qalaraq yaralanmışdır.

 

Bundan əvvəl İranın təhlükəsizlik qüvvələri adı çəkilən azərbaycanlı fəal və ailəsi ilə telefon əlaqəsi saxlayaraq onun mədəni fəaliyyəti ilə bağlı xəbərdarlıq ediblər.

 

Cavad Əhmədi Yekanlı may ayında Sulduz şəhidlərinin məzarı başında keçirilən mərasimə qatıldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq işgəncə edilib. O həmin dosyesinə görə 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Sulduzda keçirilən mərasim 2016-cı ildə azərbaycanlıların Milli Qiyamı zamanı canlarını fəda etmiş şəhidlərin xatirəsinə həsr edilmişdir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN