Əhər prokurorluğu Evin zindanında saxlanılan İbrahim Nurinin müvəqqəti azadlığa buraxılmasına mane olub

2018-08-29 18:20

GünAz TV: İyulun 2-dən Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri avqustun 28-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq son vəziyyəti haqda məlumat verib.


Zindanın 209-cu korpusundan 4-cü bölümünə köçürüldüyünü bildirən fəal son dosyesi ilə bağlı 120 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldığını deyib. O əlavə edib ki, Əhər Şəhər Prokurorluğunun tələbi əsasında bundan əvvəl məhkum edildiyi 6 aylıq həbs hökmünün avqustun 28-dən icrasına başlanılıb.


Fəalın sözlərinə görə, o 209-cu korpusda 1 ay təknəfərlik kamerada, 25 gün isə ikinəfərlik məhbəsdə saxlanılıb. Babək qalası yürüşünə bir neçə gün qalmış saxlanılan fəal “sistemi çökürtmək məqsədi ilə azərbaycanlı fəal Abbas Lisaninin sözdə rəhbərlik etdiyi bölücü və pantürkist “Çənlibel” qrupu ilə əməkdaşlıq etməklə islam cümhuriyyətinə qarşı təbliğat fəaliyyəti ilə məşğul olmaq”da günahlandırılıb.


Çərşənbə axşamı günündən icrasına başlanılan 6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) keçirilən aksiyalarla bağlıdır. İbrahim Nuri aksiyalarda İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O məhkəmədə “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub və 6 ay həbs cəzasına məhkum edilib. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar Apelyasiyas Məhkəməsində olduğu kimi qüvvədə saxlanılıb.


Evin zindanının məsulları bildirib ki, dosyelər fərqli olduğu üçün İbrahim Nurinin 55 gün həbsxanada saxlanmasının onun 6 aylıq həbs cəzası ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunub ki, bu müddət onun icra olunmaqda olan hökmü, yəni 6 aylıq həbs cəzasından çıxılmayacaq.


Azərbaycanlı fəal 2015-ci il noyabrın 12-də məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. O həmin dosye ilə əlaqədar “ölkənin təhlükəsizliyinə qarşı sözləşmə və toplaşma” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.


Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O 14 yaşından mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.


Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı avqustun 11-də yaydığı geniş bəyanatda fəalların qanunsuz saxlanılmasını pisləyərək İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09