Əhər zindanının məsulları Hamid Allahverdipurun məzuniyyətə çıxmasına mane olub

Əhər zindanının məsulları Hamid Allahverdipurun məzuniyyətə çıxmasına mane olub

GünAz TV: Əhər zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur gözlənilən məzuniyyət hüququndan istifadə edə bilməyib.

 

Rəməzan ayı münasibəti ilə elan olunan müzuniyyət üçün hazırlanan siyahıya Hamid Allahverdipurun adı daxil edilməyib. Zindanın məsullarının məhkəmə və təhlükəsizlik orqanlarının göstərişi ilə fəalın məzuniyyətə çıxmasına mane olduğu bildirilir.

 

Ötən günlərdə zindanda dini ayinlərə qatılmağın məcburi olması ilə bağlı azərbaycanlı mədəni fəalla zindan məsulları arasında mübahisə yarandığı da bildirilir.

 

Sulduzlu fəal hamid Allahverdipur mayın 5-də məlum “Fitilə” verilişinə qarşı keçirilən etirazlarla əlaqədar məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkmək üçün Əhər zindanına aparılıb.

 

2015-ci ilin noyabr ayında İran televiziyasında uşaqlar üçün “Fitilə” adlı uşaq verilişi yayımlanmışdır. Verilişdə türk milləti kobud şəkildə təhqirə məruz qaldığı üçün Azərbaycanın bütün bölgələrini etiraz aksiyası bürüdü. Dinc keçirilən aksiya təhlükəsizlik qüvvələrinin zorakılıq tətbiq etməsi və çox sayda soydaşlarımızın saxlanması ilə yadda qalıb. Aksiyalar zamanı təkcə Əhər şəhərində onlarla soydaşımız saxlandı, onlardan 26-ı vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxıldı.

 

Bir müddət sonra Əhərin İnqilab Məhkəməsi hökm çıxararaq Əkbər Əbulzadə, İbrahim Nuri və Saleh Molla Abbasini hər birini 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, İsrafil Fətullazadə və Murtaza Şökrini isə hər birini 7 ay həbs cəzasına məhkum edib.

 

Hamid Allahverdipur da daxil olmaqla adlarını çəkdiyimiz fəalların 6-nın həbs qərarı Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN