Əkbər Mühaciri Təbriz zindanına köçürülüb

Əkbər Mühaciri Təbriz zindanına köçürülüb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi Zindanına köçürülüb.


Fəal yanvarın 28-də yaxınları ilə qısa telefon əlaqə saxlayaraq bu barədə məlumat verib.


Əkbər Mühaciri daha 8 azərbaycanlı milli-mədəni fəalla birlikdə 2019-cu il noyabr ayı etirazları zamanı, aksiyalarda iştirak etmədiyi halda təhlükəsizlik qüvvələri tərəfindən tutulub, o 75 gün Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılıb.


Bu günədək Əkbər Mühaciri ilə birlikdə tutulan fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur. Onların Təbrizin Ettelaat İdarəsinin təcridxanasında saxlandığı bildirilir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN