Əlirza Moiniyan barəsində çıxarılan həbs qərarı hökmləri icra edən şöbəyə göndərilib

Əlirza Moiniyan barəsində çıxarılan həbs qərarı hökmləri icra edən şöbəyə göndərilib

GünAz TV: İranda 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında baş qaldıran kütləvi etirazlar (dey ayı etirazları) zamanı saxlanılıb sonralar müvəqqəti sərbəst buraxılan azərbaycanlı mədəni fəal Əlirza Moiniyanla bağlı yeni xəbər var.

 

Məlumata görə, fəalın barəsində çıxarılan həbs qərarı artıq Təbrizin İnqilab Məhkəməsinin Hökmləri İcra Edən Şöbəsinə (11-ci şöbə) göndərilib.

 

Təbriz şəhərində keçirilən etiraz aksiyasında saxlanılıb sonralar mülki vəsiqə qarşılığında sərbəst buraxılan azərbaycanlı mədəni fəal Əlirza Moiniyan Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 8 ay azadlıqdan məhrum edilib.

 

Hakim Ehrarinin çıxardığı hökmə əsasən təbrizli fəal “sistemin əleyhinə təbliğat aparmaq” və “qanunsuz yığıncaqlara qatılmaq”da ittiham olunub.

 

Ə.Moiniyan aprelin 23-də dindirilmə işlərinin təkmilləşdirilməsi ilə əlaqədar Təbriz prokurorluğunun 19-cü şöbəsinə çağırılaraq ittihamları elan olunmuşdur.

 

İranda 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında iqtisadi vəziyyətin gərgin olması və ədalətsizliyə qarşı təxminən 100 şəhərdə kütləvi etiraz aksiyaları keçirildi. Aksiyalar zamanı azı 25 etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü, təxminən 5 min nəfər isə saxlanıldı.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN