Əmir Səttari yaydığı Səs Faylında nə üçün aclıq aksiyasına başladığını açıqlayıb – Səs Faylı

Əmir Səttari yaydığı Səs Faylında nə üçün aclıq aksiyasına başladığını açıqlayıb – Səs Faylı

GünAz TV: İyunun 10-da Təbrizin Mərkəzi Zindanında aclığa başlayan güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari bir Səs Faylı yayaraq hansı səbəbdən aclıq aksiyası keçirdiyini açıqlayıb.

 

O sözlərinə İmam Hüseyninin “Müsəlman olmasaz da, azadə insan olun” kəlamı ilə başlayıb.

 

“Mən aclıq aksiyasının 3-cü günündə məhkəmə işimlə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm.

Bilirsiniz ki, “haqq verilməz, alınar”. Ona görə də məhkəmənin ədalətsiz qərarı və təhlükəsizlik qüvvələrinin təzyiqi ilə pozulan hüquqlarımı bərpa etmək üçün aclıq aksiyasına başladım. Bu vasitə ilə tapdalanan hüququmun bərpa olunmasına nail olacam və ya bu yolda öləcəm.

Mən qondarma ittihamlarla saxlanmışam. Pozulan hüquqlarımın təmin olunması üçün bütün qanuni yollara baş vurdum. Təəssüflər olsun ki, qanundan üstün olan güclər tələblərimin təmin olmasına mane olub məni bu vəziyyətə gətirdilər.

Mədəni fəaliyyət və vətəndaş hüququ ilə bağlı həm ölkə konstitusiyası, həm də ümumdünya insan hüquqları bəyannaməsində çoxlu maddələr var. Lakin biz mədəni fəallar dinc yolla hüquqlarımızın təmin olunmasını istədiyimiz zaman yalan ittihamlarla üzləşir və ağır məhkəmə hökmləri ilə cəzalandırılırıq. Halbu ki, biz ədalətin bərpa olunmasının tərəfdarıyıq.

Mən sonda vurğulamaq istəyirəm ki, yaxın gələcəkdə dosyemlə bağlı yeni sənədlər açıqlayacam. Məqsədim odur ki, bütün mədəni fəallar, insan hüquqları müdafiəçiləri, hüquqşünaslar və qanunun düzgün icra olunmasını tələb edən hər kəs mətni oxuyub Təbrizin məhkəmə sistemi və təhlükəsizlik orqanlarının fəaliyyətini qiymətləndirsinlər.”- deyə Səs Faylının bir hissəsində qeyd olunub.

 

https://www.youtube.com/watch?time_continue=44&v=PXbBlfThVxI

 

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN