Ərdəbil zindanında saxlanılan milli fəal Rəhim Qulaminin məzuniyyətə buraxılmasına icazə verilmir

Ərdəbil zindanında saxlanılan milli fəal Rəhim Qulaminin məzuniyyətə buraxılmasına icazə verilmir

GünAz TV: İran məhkəmə sistemi sədrinin məhbusların məzuniyyətə buraxılması ilə bağlı göstərişinə baxmayaraq Ərdəbil zindanında bir illik həbs cəzasını çəkməkdə olan güney azərbaycanlı fəal və yazıçı Rəhim Qulami məzuniyyətə buraxılmır.

 

Qulami mart ayının 5-i ailəsi ilə əlaqə saxlayaraq bildirib ki, Ərdəbil zindanının məsulları onun məzuniyyət tələbini qəbul etməyiblər.

 

Qeyd etmək lazımdır ki, İran məhkəmə sistemi sədri bir həftə əvvəl beş ildən az müddətə azadlıqdan məhrum olan məhbusların, o cümlədən təhlükəsizlik ittihamları ilə bağlı məhkum edilənlərin məzuniyyətə buraxılması üçün göstəriş vermişdi.

 

 

Bir illik həbs cəzasının səkkiz ayını keçirən Qulami, həmin göstərişə istinadən məzuniyyətə buraxılmasını tələb edib. Lakin zindan və təhlükəsizlik məsulları onun tələbini qəbul etməyiblər.

 

Astma və  böyrək xəstəliklərindən əziyyət çəkən fəallın səhhəti ilə bağlı son günlərdə narahatlıqlar artıb.

 

Azərbaycanlı fəalın daha öncə vəziyyəti ağırlaşaraq, dekabrın 16-da huşunu itirmiş, zindanının poliklinikasında saatlarla üzərində oksigen maskası ilə süni tənəffüs tətbiq olunmuşdu.

 

 

Son günlərdə Ərdəbildə koronavirusun yayılmasından sonra, bu şəhərin zindanında saxlanılan azərbaycanlı siyasi məhbusların səhhəti ilə bağlı ciddi narahatlıqlar yaranıb.

 

Ü.F


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN