Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner nümayiş etdirilib – VİDEO

Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner nümayiş etdirilib – VİDEO

GünAz TV: Milli-mədəni fəallar Ərdəbildə böyük banner nümayiş etdirərək azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

 

Yerüstü piyada keçiddən asılan bannerdə Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri, Mehdi Kuxiyan və daha bir neçə siyasi məhbusun görüntüsü əks olunub.

 

Bundan əlavə bannerdə “Biz Azərbaycan milləti məhbuslarımızın İran zindanlarından qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik” sözü yazılıb.

 

https://www.youtube.com/watch?time_continue=4&v=KFf7UYIa1VE

 

Hal-hazırda İranın müxtəlif zindanlarında məhkəmələrin ədalətsiz həbs qərarları əsasında çox sayda azərbaycanlı fəal məhbus həyatı yaşayır. Azərbaycanlılar siyasi məhbuslarımızın azadlığa buraxılması üçün divarlara şüar yazmaq, stadionlarda şüar səsləndirmək, 30 saniyyəlik danışıq videosu yaymaq, səlahiyyətli beynəlxalq qurumlara müraciət etmək və s. kimi üsullardan istifadə edirlər. Siyasi məhbuslara dəstək verən soydaşlarımçızın sayı günü-gündən artır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN