Ərdəbilli fəal Mahmud Nəsiri ETTELAAT İdarəsinə çağırılıb, evində axtarış aparılıb

2016-10-29 14:23

GünAz TV: Ərdəbil ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Şöbəsinin əməkdaşları oktyabrın 28-də yerli vaxtla saat 13 radələrində azərbaycanlı milli-mədəni fəal Mahmud Nəsirinin mağazasına müraciət edərək onu yaxalamaq istəyiblər, lakin mağaza bağlı olduğundan məmurlar onun evinə üz tutublar. Məhkəmə hökmü göstərmədən evə daxil ETTELAAT əməkdaşları fəalın həyatı yoldaşını təhdid edərək ondan Nəsiriyə zəng etməsini tələb ediblər. Fəalın həyat yoldaşı isə ona zəng etməkdən imtina edib və məmurlara bildirib ki, “onunla işiniz varsa özünüz tapın, mən kimsəyə zəng edən deyiləm.”

 

ETTELAAT əməkdaşları evdə axtarış apardıqdan sonra fəala məxsus şəxsi əşyalar, o cümlədən bir neçə kitabı götürüblər. Onlar bildirib ki, M.Nəsiri son 3 gündə bir neçə dəfə ETTELAAT Şöbəsinin Xəbər Mərkəzinə çağırılıb, lakin o idarəyə gəlməkdən imtina edib. “Əgər dosyesinə baxılmaq üçün bir neçə gün ərzində idarəyə müraciət etməzsə, buna çox peşman olacaq” deyə ETTELLAT əməkdaşları xəbərdarlıq edib.

 

Əldə etdiyimiz məlumata görə, ETTELAAT əməkdaşları azərbaycanlı fəalla əlaqə saxlayaraq onu son günlərdə idarəyə çağırıldığını mətbuata çıxardığı üçün Xəbər Mərkəzinə çağırıblar. Fəal isə telefon əlaqəsi ilə heç yerə getməyəcəyini bildirərək, onlardan qanun çərçivəsində hərəkət etmələrini tələb edib.

 

 

Oktyabrın 24-də M.Nəsiri ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil Şöbəsinə çağırılaraq təhdid edilib.

 

Fəal ETTELAAT Şöbəsinin Xəbər Mərkəzində, ümumi məkanlardakı açıqlamaları və son günlərdə yazdığı “İnternet Azərbaycan Milli Hərəkatı üçün fürsət yoxsa təhdiddir” başlıqlı məqaləsi ilə bağlı sorğu-suala tutulub. O həmçinin tanınmış fəal Abbas Lisani və digər ərdəbilli fəallarla əlaqədar dindirilib.

 

Sonda isə fəala bildirilib ki, ETTELAAT Şöbəsinə çağırıldığını mətbuata çıxarmasın, əks halda ona qarşı tədbir alınacaq.

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

“Liqvan” pendirinə qarşı aparılan təbliğatdan sonra Güney Azərbaycanda “Mihən” məhsulları boykot edilib

2020-06-06

gun az article

Zəncan əyalətində baş verən iki yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb

2020-06-06

gun az article

Ərdəbil əyalətində 45 yeni koronavirusa yoluxma halı aşkar edilib

2020-06-06

gun az article

GünazTV June .04.2020- Düşünməyə Çağrı: Türk Dünyası və Erməni Sorunu

2020-06-04

gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-06-04

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03