Əta Kərimi Urmiyada məhkəməyə çağırılıb

Əta Kərimi Urmiyada məhkəməyə çağırılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Əta Kərimi Urmiyanın İnqilab Məhkəməsinə çağırılıb.

 

Fəal oktyabrın 14-də aldığı çağırış vərəqəsinə əsasən 10 gün ərzində İnqilab Məhkəməsinin 6-cı şöbəsinə müraciət etməlidir.

 

Azərbaycanlı fəalın 4 il əvvəl quraşdırılan dosyeyə görə məhkəməyə çağırıldığı bildirilir.

 

Sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunduğu deyilən fəal 2016-cı il yanvarın 11-də mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Urmiya zindanından sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə həbsxananın acınacaqlı şəraitindən dolayı ağır xəstələnmişdir.

 

Əta Kərimi 2019-cu il iyun ayının 1-də də Urmiya İnqilab Məhkəməsinin 6-cı şöbəsinə çağırılmışdır. Fəalın  “sistemin əleyhinə olan qruplara üzv olmaqla milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” kimi yeni ittihamla üzləşdiyi açıqlanmışdır. Onun 1 milyard riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azad edildiyi bildirilir.

 

Adını çəkdiyimiz fəal Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN