Əta Kərimi və Əli Əzizi Urmiyənin İnqilab Məhkəməsinə çağırılıb

Əta Kərimi və Əli Əzizi Urmiyənin İnqilab Məhkəməsinə çağırılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Əta Kərimi və Əli Əzizi Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsinə çağırılıb.

 

Telefon vasitəsi ilə çağırılan fəalların iyunun 2-də məhkəmə iclasına qatılmaları tələb olunub.

 

Əta Kərimi və Əli Əzizi 4 il əvvəl (hicri-şəmsi təqvimi ilə 1394-ci ilin xordad ayında) Urmiyədə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, onlar mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Fəallara saxlandıqları zaman "sistemin əleyhinə təbliğat aparmaq" ittihamı ilə üzləşdikləri elan olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsi dosyenin qapanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən məhkəmə işinin açılmasını istəyib.

 

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək dosyelərinin uzun müddətdir qapanmamasına öz etirazlarını bildiriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN