Ettelaat İdarəsinin göstərişi ilə azərbaycanlı öyrənci fəalın atası girov saxlanılır – Xoy şəhərində

Ettelaat İdarəsinin göstərişi ilə azərbaycanlı öyrənci fəalın atası girov saxlanılır  – Xoy şəhərində

GünAz TV : Bir çox azərbaycanlı fəal son günlərdə İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.

 

Məlumata görə, yanvarın 5-də Xoyda saxlanılan Məhəmməd Möhsünnəjad 2 ay müddətinə müvəqqəti olaraq saxlanılacaq. Bu barədə məhkəmə tərəfindən onun həyat yoldaşına məlumat verilib.

 

Həmçinin vurğulanıb ki, müttəhimin oğlu Aydın bu müddətdə məhkəməyə müraciət etməlidir. Əks halda M.Möhsünnəjad oğlu ilə sözləşmədə ittiham olunaraq mühakimə olunacaq.

 

Hazırda təcridxanada M.Möhsünnəjadın ailəsi ilə görüşünə qadağa qoyulub.

 

Yanvarın 5-də təhlükəsizlik qüvvələri Təbriz İncəsənət Universitetinin öyrəncisi, “Camiə” öyrənci dərgisinin direktoru Aydın Möhsünnəjadı yaxalamaq məqsədi ilə onun Xoy şəhərində yerləşən ata evinə müraciət ediblər, lakin azərbaycanlı öyrənci evdə olmadığından onu yaxalamaq mümkün olmayıb. Məhkəmə hökmü təqdim etmədən evə daxil olan təhlükəsizlik qüvvələri fəalın atasını yaxalayıb özləri ilə naməlum istiqamətə aparıblar. Fəalın ailə üzvlərinə bildirilib ki, Aydın idarəyə müraciət etməyənə qədər onun atası müvəqqəti olaraq saxlanılacaq.

 

Təhlükəsizlik qüvvələr evdə axtarış aparıb, fəalın bir çox şəxsi əşyasını da özləri ilə götürüblər.

 

Oğlunun yerinə girox saxlanılan M.Möhsünnəjad təqaüdə çıxmış müəllimdir, o hazırda Xoy şəhərinin mərkəzi zindanında saxlanılır.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN