Evin Zindanında saxlanılan azərbaycanlı fəal Mehdi Qəməri Binislinin vəziyyəti haqda heç bir məlumat yoxdur

Evin Zindanında saxlanılan azərbaycanlı fəal Mehdi Qəməri Binislinin vəziyyəti haqda heç bir məlumat yoxdur

GünAz TV: Martın 22-də Ettelaat əməkdaşları tərəfindən Tehranda iş yerində tutulan azərbaycanlı milli-mədəni fəalın hansı vəziyyətdə saxlandığı barədə heç bir məlumat yoxdur.

 

Tehranın Evin Zindanının 209-cu korpusunda saxlanılan Mehdi Qəməri Binislinin ağır şəraitdə saxlandığı ehtimal olunur.

 

M.Q.Binisli, Behnam Nurməhəmmədi və Yasin Ərfəi türk dilində təqvim çap etdirmək ittihamı ilə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb. Adları çəkilən fəallardan ikisi ötən günlərdə mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Tehranın Ettelaat İdarəsi M.Q.Binislinin atasına təzyiq göstərərək ondan istəmişdir ki, kütləvi formasiya vasitələri, xüsusi ilə də GünAz TV ilə əlaqə saxlayaraq oğlu ilə bağlı yayılan xəbərlərin saytlardan götürülməsini tələb etsin. Lakin Ettellat-ın fəalın atasına qarşı istifadə etdiyi üsül nəticə verməmişdir.

 

İranda mədəni fəaliyyətlə məşğul olan aktivistlər təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur, bu əsasən qeyri-fars millətlərinə mənsub olan fəallara aiddir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN