Evin zindanında saxlanılan İbrahim Nuri işgəncə edilir

Evin zindanında saxlanılan İbrahim Nuri işgəncə edilir

GünAz TV: İylun 12-dən Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin cismi və ruhi işgəncələrə məruz qaldığı bildirilir.


Azərbaycanlı fəalın yaxınlarından əldə olunan məlumata görə, onunla görüşməyə heç bir şəkildə icazə verilmir, o zindanın 209-cu korpusunda təknəfərlik kamerada saxlanılır.


Fəalın qaranlıq bir otaqda, gözübağlı şəkildə ruhi və cismi işgəncələr altında dindirildiyi bildirilir.


İ.Nuri iyulun 2-də, Babək qalası yürüşünə bir neçə gün qalmış Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ettelaat İdarəsinin nəzarətində olan Evin zindanının 209-cu korpusuna aparılıb.


Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı avqustun 11-də yaydığı geniş bəyanatda İranda azərbaycanlı fəalların qanunsuz saxlanılmasını pisləyərək İ.Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.


Beynəlxalq təşkilatın açıqladığı raportda qeyd olunub ki, türklərin mədəni yığıncaqları ilə əlaqədar İ.Nuri və digər fəalların saxlanılması qanundan kənar və azərbaycanlı fəallara qarşı sistemli şəkildə həyata keçirilən təzyiq siyasətinin tərkib hissəsidir.


Fəal saxlanılmadan bir neçə gün əvvəl, Ettelaat İdarəsi ona və qardaşı Fərəc Nuriyə Babək qalası yürüşünə getməklə bağlı xəbərdarlıq edib. Onlara bildirilib ki, yürüşə qatılacağınız təqdirdə saxlanılacaqsınız.


Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O 14 yaşından mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal dinc və mədəni fəaliyyətlərinə görə 3 fərqli dosye ilə əlaqədar qondarma ittihamlarla üzləşərək 16 ay həbs və 10 ay şərti həbs cəzasına məhkum edilib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN