“Farsca yetərlilik” testi ilə əlaqədar saxlanılan Kazım Əzəmi müvəqqəti azadlığa buraxılıb

“Farsca yetərlilik” testi ilə əlaqədar saxlanılan Kazım Əzəmi müvəqqəti azadlığa buraxılıb

GünAz TV: Məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunmasın etiraz etdiyinə görə saxlanılan soydaşımız Kazım Əzəmi müvəqqəti azadlığa buraxılıb.

 

Otən günlərdə saxlanılan fəal 20 milyon tümənlik mülki vəsiqə qərarı ilə Marağa zindanından sərbəst buraxılıb.

 

Kazım Əzəminin sistemin əleyhinə təbliğat aparmaq və yalan məlumat yaymaq isttihamı ilə üzləşdiyi bildirilir.

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. O bu qərarı İranın dini lideri Əli Xamneyinin fars dilini öyrənməklə bağlı tövsiyyəsinə diqqət yetirmək, təhsildə ədaləti təmin etmək və ikidilli bölgələrdə şagirdlərə “gec öyrənən” etiketinin vurulmasının qarşısını almaqla əlaqələndirmişdir.

 

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı bəzi məntəqələr, o cümlədən bir neçə Azərbaycan şəhərində həyata keçirdi. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.

 

Əslində türk uşaqlarına öz dilini unutdurmaq prosesi Pəhləvi dövründə başlayıb və hələ də davam edir. O dövrdə məktəblərdə türk dilində danışan uşaqlar üçün cərimə qutusunun qoyulması, onların döyülüb və aşağılanması inkaredilməz faktlardır. İranda İslam Cümhuriyyəti dövründə də türk dilinə qarşı münasibət dəyişmədi, ona qarşı müxtəlif formalarda mübarizə aparıldı.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN