Fəallar yenicə azadlığa buraxılan Meysəm Colaninin görüşünə gedib – Ərdəbildə

Fəallar yenicə azadlığa buraxılan Meysəm Colaninin görüşünə gedib – Ərdəbildə

GünAz TV: Bir qrup güney azərbaycanlı milli-mədəni fəal Ərdəbilin Mərkəzi Zindanından yenicə azadlığa buraxılan Meysəm Colaninin görüşünə gedib.

 

Ərdəbildən olan fəallar dekabrın 10-da Meysəm Colaninin ata evində onunla görüşüb.

 

Azərbaycanlı fəal noyabrın 18-də İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlar zamanı saxlanılaraq Ərdəbil zindanına aparılmışdır. O dekabrın 9-da 150 milyon riallıq vəsiqə qarşılığında təcridxanadan azad edilib.

 

 

 

Meysəm Colaninin məhkəmə tərəfindən “iğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq” kimi qondarma ittihamla üzləşdiyi bildirilir.

 

İranda noyabrda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb, onlardan bu günədək 30-nun kimliyi müəyyən edilib.

Həmçinin etirazlar zamanı çox sayda soydaşımız İranın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, onlardan hələlik 15-nin kimliyini müəyyənləşdirmək mümkün olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN