Güney Azərbaycanda həbslər dalğası davam edir: Saxlanılan və təqib olunan fəalların sayı artıb

Güney Azərbaycanda həbslər dalğası davam edir: Saxlanılan və təqib olunan fəalların sayı artıb

GünAz TV: Babək qalası yürüşü ərəfəsində Güney Azərbaycanda başlayan yeni həbslər dalğası davam edir.

 

Son məlumata görə, iyulun 4-də Əhər, Parsabad və Urmiyə şəhərlərində daha 3 fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən  saxlanılıb, bununla da qanunsuz saxlanılan fəalların sayı 21-ə çatıb.

 

Kiyurmərs İslami Muğanın Parsabad şəhərində, Fərəc Nuri Əhərdə və Murtaza Yəzdani Urmiyədə saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Başqa bir xəbərə görə, Murtaza Pərvin, Höccət Fikri, Əli Ruhbəxş və Məhəmməd Azad Kəleybər şəhərinin girişində Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

Həmçinin Məhərrəm Kamrani, Saleh Molla Abbasi, Əkbər Əbulzadə, Nima Abbaspur və Mehdi Zəncir Bulaği Əhərdə, Fərdim Muradpur, Ramin Cəbraili, Siyamək Kuşi, Əbülfəzl Cani, Nasir Əlimuradi, Yunis Zariyun, Rəşid Daneşcuyi və Səccad Budaqi Təbrizdə təhlükəsizlik orqanlarına çağırılaraq sorğu-suala tutulub və təhdid edilib. Onlara bildirilib ki, Babək qalası yürüşünə qatılacaqları təqdirdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılacaqlar.

 

Məlumata görə, Ettelaat əməkdaşları müxtəlif şəhərlərdə təxminən 100 azərbaycanlı fəala zəng edərək onlara Babək qalası yürüşünə qatılmaqla bağlı xəbərdarlıq ediblər.

 

İyunun 2-də Ərdəbil və Tehran Ettelaat İdarələrinin əməkdaşları tərəfindən saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəziyyəti və harada saxlandığı haqda hələlik heç bir məlumat yoxdur. Fəalın ailəsi və Milli Hərəkat fəalları ondan xəbər tutmaq üçün çox cəhd göstərib, lakin heç bir nəticə əldə olunmayıb.

 

Abbas Lisani

 

Bundan əvvəl aşağıdakı fəalların iyulun 2-də saxlanıldığı barədə məlumat yaymışdıq:

Ərdəbildə:

Abbas lisani, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Səid Sadiqifər, Mehdi Huşmənd və Abdullah Huşmənd

 

Təbrizdə:

Rəhim Sasani və Səccad Sidqi

 

Əhərdə:

Murtaza Məhəmmədi

 

Tehranda:

İbrahim Nuri, Cəfər Rüstəmirad və Səccad Colani

 

Bostanabadda:

Muctaba Əbdüli

 

Azərbaycanlı fəallar iyulun 5-i və 6-da Babək qalasında ənənəvi yürüşün keçiriləcəyini açıqlayıb.  Azərbaycan şəhərlərində tutuqlamalar məhz kütləvi yürüş günü ərəfəsində baş verib, məqsəd yürüşün keçirilməsinə imkan verməməkdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN