Güney Azərbaycanda həbslər davam edir: Daha 9 nəfərin saxlandığı məlum olub - GÖRÜNTÜ

Güney Azərbaycanda həbslər davam edir: Daha 9 nəfərin saxlandığı məlum olub - GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanda çox sayda milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Babək qalası yürüşünə qatılmaq istəyən daha 9 fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparıldığı bildirilir.

 

Məlumata görə, tanınmış meşginşəhrli (xiyavlı) milli-mədəni fəal Aydın Zakiri  daha iki fəal Səid Sinedar və Şahin İsmailpurla birlikdə Babək qalasına çıxarkən Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Fəalların hər üçünün də meşginşəhrli olduğu bildirilir.

 

Başqa bir xəbərə görə, azərbaycanlı fəallar Həmid Qüvvəti, Həmid Ədib və Məhəmməd Xakpur Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Ərdəbildən babək qalasına gələn mühəndis Həmid Qüvvəti Kəleybərin girişində yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb.

 

Babək qalası yürüşü ilə əlaqədar həbslər dalğasının davamında daha 3 fəalın yaxalandığı bildirilir. Məlumata görə, Fərhad Cidii, Mehdi Qulabi və Firuz Moini Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

 

Son tutuqlamalardan sonra babək qalası yürüşü ərəfəsində saxlanılan azərbaycanlı fəalların sayı 44-ə çatıb.

 

Kütləvi yürüş iyulun 5-i və 6-da Kəleybər şəhərində yerləşən tarixi Babək qalasında (Bəzz qalası) keçirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN