Güney azərbaycanlı fəal 3 il həbsdən sonra sürgün edildiyi şəhərdə həyat yoldaşı ilə görüşüb – VİDEO

Güney azərbaycanlı fəal 3 il həbsdən sonra sürgün edildiyi şəhərdə həyat yoldaşı ilə görüşüb – VİDEO

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi 3 il həbsdən sonra sürgün edildiyi Qain şəhərində həyat yoldaşı ilə görüşüb.

 

Fəal həyat yoldaşı Vəhidə Kərimi ilə uzun müddət  həbdsən sonra ilk dəfə avqustun 24-də görüşüb.

 

https://www.youtube.com/watch?time_continue=1&v=TUvKYBAwcH4

 

Azərbaycanlı fəalın azadlığa buraxılması 3 illik həbs cəzasını çəkdikdən sonra bir ay təxirə salınmışdır. O nəhayət sərbəst buraxıldıqdan sonra dərhal məhkəmə qərarı ilə Cənubi Xorasan Əyalətində yerləşən Qain şəhərinə polis əməkkdaşlarının müşayiəti ilə sürgünə göndərildi. Fəal əvvəlki hökmə görə Təbəs şəhərinə sürgün edilməli idi, lakin sürgün ediləcəyi şəhər Baharistan Məhkəməsi tərəfindən dəyişdirilmişdir.

 

Həbs cəzasını Evin zindanının 8-ci korpusunda çəkən S.Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsində mühakimə edildi. Bundan sonra “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal zindanın 209-cu korpusuna intiqal edilmişdir. Fəal həbs müddətindən 1 ay artıq saxlanıldı, o bir ayın 20 gününü Evin zindanının 209-cuu bölümündə keçirdi. Fəal bu müddətdə azadlığa buraxılmamasına etiraz olaraq aclıq etmişdir.

 

Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanadan Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.

 

Fəal zindandan buraxılarkən müvəqqəti azadlığa buraxılması üçün təyin olunan 30 milyon tümənlik mülki vəsiqənin məbləği və növü bir neçə dəfə dəyişdirildi. O sonda 200 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxıldı.

 

S.Mirzayi 2016-cı il iyun ayında Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum etmişdir.

 

39 yaşlı azərbaycanlı şair və yazıçı S.Mirzayi bundan əvvəl də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN