Güney azərbaycanlı fəal Əkbər Nəimi saxlanılıb

Güney azərbaycanlı fəal Əkbər Nəimi saxlanılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi Tehranda saxlanılıb.


Məlumata görə, təhlükəsizlik qüvvələri yanvarın 22-i səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum edib, onu saxlayaraq naməlum istiqamətə aparıblar.


Təhlükəsizlik qüvvələri Əkbər Nəimini saxladıqdan sonra onunla birlikdə evinə müraciət edib, fəalın bir neçə şəxsi əşyasını özləri ilə götürüblər.


Güney Azərbaycanın Xoy şəhərindən olan Əkbər Nəimi tanınmış milli-mədəni fəallardan biridir. O “Günəbaxan Dərnəyi”nin təsisçilərindən olub. Təəssüflər olsu ki, bu dərnək fəaliyyətini davam etdirə bilməyib, mədəni müəssisənin lisenziyası rejim tərəfindən ləğv edilib.


Qeyd edək ki, İran rejimi son aylarda Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqləri artırıb. 2019-cu il noyabr ayı etirazlarından sonra çox sayda azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik orqanlarına çağırılaraq təhdid edilib, onlardan bəziləri saxlanılıb və qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılıb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN