Güney azərbaycanlı fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur

Güney azərbaycanlı fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur

GünAz TV: İki gün əvvəl Tehranda saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur.


Bu barədə fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, Əkbər Nəimi yaxalanmadan əvvəl bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarsa, birinci dəqiqədən aclıq aksiyasına başlayacaq.


Fəalın yaxınları əlavə edib ki, Əkbərin mobil telefonu təhlükəsizlik qüvvələrinin əlindədir, lakin onun sosial şəbəkələrdə olan hesabları, o cümlədən WhatsApp hesabı Onlayn vəziyyətdədir.


Təhlükəsizlik qüvvələri yanvarın 22-i səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum edib, onu saxlayaraq naməlum istiqamətə aparıblar.

Rejimin məmurları Əkbər Nəimini saxladıqdan sonra onunla birlikdə evinə müraciət edib, fəalın bir neçə şəxsi əşyasını da özləri ilə götürüblər.

 

Güney Azərbaycanın Xoy şəhərindən olan Əkbər Nəimi tanınmış milli-mədəni fəallardan biridir. O “Günəbaxan Dərnəyi”nin təsisçilərindən olub. Təəssüflər olsu ki, bu dərnək fəaliyyətini davam etdirə bilməyib, mədəni müəssisənin lisenziyası rejim tərəfindən ləğv edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN