Güney azərbaycanlı fəal Əlirza Fərşinin ailəsi: Onun hansı səbəbdən saxlandığını bilmirik

Güney azərbaycanlı fəal Əlirza Fərşinin ailəsi: Onun hansı səbəbdən saxlandığını bilmirik

GünAz TV: İki gün əvvəl saxlanılan güney azərbaycanlı fəal mühəndis Əlirza Fərşinin ailəsi onun hansı səbəbdən saxlandığı barədə hər hansı məlumata malik deyil.

 

Bu sözləri azərbaycanlı fəalın ailə üzvləri bildirib. Onlar fəalın ittihamları ilə bağlı yayılan şayiələri rədd edərək bildiriblər iki, o saxlandığı gündən yaxınları ilə heç bir əlaqə saxlamayıb. Bu barədə informasiya almaq üçün məhkəmə və təhlükəsizlik orqanlarına müraciət də edilib, lakin onun hansı səbəbdən saxlandığı barədə hər hansı məlumat verilməyib. Ona görə də, Əlirza Fərşinin hansı ittiham və ya ittihamlar üzərindən saxlandığı məlum deyil.

 

Ə.Fərşinin yaxınları etibarsız və məlum olmayan mənbələr tərəfindən ittihamla bağlı yayılan şayiələrin əsassız olduğunu vurğulayaraq ehtimal edirlər ki, ictimaiyyətin fəalın saxlanmasına olan həssaslığını azaltmaq məqsədi ilə bu kimi xəbərlərin yayılmasında  təhlükəsizlik orqanlarının əli ola bilər.

 

Güney azərbaycanlı tanınmış milli-mədəni fəal Əlirza Fərşi yanvarın 8-də Tehranda öz iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Həmin şəxslər fəalı saxladıqdan sonra onun evinə müraciət edərək axtarış aparıb, ona məxsus şəxsi əşyalar, o cümlədən bir neçə kitab özləri ilə götürüblər.

 

Əlirza Fərşi 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan Əyalətinə sürgünə məhkum edilib.

 

Beynəlxalq Əfv Təşkilatı ötən aylarda bəyanat yayaraq azərbaycanlı fəal barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb etmişdir.

 

Əlirza Fərşi və onunla birlikdə yaxalanan digər 3 güney azərbaycanlı fəalın apellyasiya şikayətinə 2019-cu il dekabrın 23-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində baxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN