Güney azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsi Ettelaat İdarəsinə çağırılıb

Güney azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsi Ettelaat İdarəsinə çağırılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudinin ailəsi Təbrizin Ettelaat İdarəsinə çağırılıb.

 

Məlumata görə, fəalın həyat yoldaşı və kiçik qızı təhdid edilərək sorğu-suala tutulub.

 

Məhəmmədin yaxınları bildirir ki, Ettelaat-da fəalın ailəsinə yersiz suallar verilib, məqsəd fəalın əleyhinə qondarma dosye quraşdırmaqdır.

 

Məhəmməd Mahmudi noyabrın 17-də İranda etirazlar başladığı bir vaxtda gecə saatlarında Təbrizdə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb. Onun harada saxlandığı barədə bu günədək heç bir məlumat yoxdur.

 

İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Şübhəsiz ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq bu istiqamətdə önləyici tədbirlər almaq istəyib.

 

Məhəmməd Mahmudi 2018-ci il mayın 25-də, 2006-ci il milli qiyam (xordad hadisələri) zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə əlaqədar saxlanılıb, bir gün sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN