Güney azərbaycanlı fəal Meysəm Colani müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı fəal Meysəm Colani müvəqqəti azadlığa buraxılıb

GünAz TV: Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Meysəm Colani müvəqqəti azadlığa buraxılıb.

 

Fəal dekabrın 9-da 150 milyon riallıq vəsiqə qarşılığında təcridxanadan azad edilib.

 

Azərbaycanlı fəalın məhkəmə tərəfindən “iğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq” kimi qondarma ittihamla üzləşdiyi bildirilir.

 

Meysəm Colani noyabrın 18-də İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlar zamanı saxlanılaraq Ərdəbil zindanına aparılmışdır.

 

Ata evində ailəsinin gözü qarşısında saxlanılan fəal yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülmüşdür.

 

Dekabrın 1-də fəalın ailəsinin 4 üzvü də Ərdəbildə 11 nömrəli Polis Bölməsində 9 saat müddətinə saxlanılıb və sorğu-suala tutulmuşdur. Onlar Meysəmin vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün Ərdəbil İnqilab Məhkəməsinə müraciət etdikləri zaman hakimə bir neçə sual verdikləri üçün müvəqqəti olaraq saxlanmışdır.

 

Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardan biridir. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Şübhəsiz ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atmaq istəyib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN