Güney azərbaycanlı fəal Şahin Bərzgər Təbrizin Mərkəzi Zindanına köçürülüb

Güney azərbaycanlı fəal Şahin Bərzgər Təbrizin Mərkəzi Zindanına köçürülüb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər təxminən 3 ay Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra bu şəhərin Mərkəzi Zindanına köçürülüb.

 

Azərbaycanlı fəal fevralın 3-də Təbriz həbsxanasına aparılıb.

 

Şahin Bərzgər 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə öz evlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O həmin etirazlar zamanı saxlanılan çox sayda azərbaycanlı milli-mədəni fəal kimi, heç bir dəlil olmadan uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Azərbaycanlı fəal təxminən 3 ay Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra həbsxanaya köçürülüb.

 

Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN