Güney azərbaycanlı fəal Yaşar Nikru azadlığa buraxılıb

Güney azərbaycanlı fəal Yaşar Nikru azadlığa buraxılıb

GünAz TV: Rəşt şəhərində Ettelaat əməkdaşları tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikru çərşənbə axşamı günü sərbəst buraxılıb.

 

Mayın 26-da yaxalanaraq naməlum istiqamətə aparılan fəalın iyunun 11-də azadlığa buraxıldığı bildirilir. Bu müddətdə onun vəziyyəti və harada saxlandığı barədə heç bir məlumat yox idi. Bu məsələ Nikru ailəsinin böyük nigaranlığına səbəb olmuşdur.

 

Fəal Ettelaat əməkdaşlarının ardıcıl təhdidindən sonra saxlanmışdır.  

 

Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedib, o yardım etmə prosesində aktiv iştirakçılardan biri olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN