Güney azərbaycanlı fəal Yaşar Nikru məhkəməyə çağırılıb

Güney azərbaycanlı fəal Yaşar Nikru məhkəməyə çağırılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikru Rəştin İnqilab Məhkəməsinə çağırılıb.

 

Rəşt İnqilab Məhkəməsinin 14-cü şöbəsi (Dadsəra) noyabrın 30-da fəala çağırış vərəqəsi göndərərək ondan 5 gün ərzində məhkəməyə müraciət etməsini istəyib.

 

Son məlumata görə, Yaşar Nikru bu gün məhkəməyə müraciət edib və məhkəmə iclasına qatılaraq irəli sürülən ittihamlarla bağlı özünü müdafiə edib.

 

Hələlik azərbaycanlı fəala qarşı hansı ittiham və ya ittihamların irəli sürüldüyü barədə heç bir məlumat  yoxdur.

 

Yaşar Nikru sonuncu dəfə mayın 26-da Rəşt Ettelaat İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılmışdır. O 16 gün saxlandıqdan sonra iyunun 11-də sərbəst buraxılıb.

 

Yaşar Nikru ötən Novruz bayramı günlərində “Türkmən səhra”da dağıdıcı zəlzələ baş verdiyi zaman digər azərbaycanlı fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedərək zəlzələdən zərərçəkən türkmən soydaşlarımıza yardım etməkdə xüsusi aktivlik göstərmişdir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN