Güney azərbaycanlı fəal Yusif Karinin müvəqqəti azadlığa buraxılmasına maneçilik törədilir

Güney azərbaycanlı fəal Yusif Karinin müvəqqəti azadlığa buraxılmasına maneçilik törədilir

GünAz TV: Ərdəbil İnqilab Məhkəməsinin hakimi güney azərbaycanlı fəal Yusif Karinin müvəqqəti azadlığa buraxılmasına maneçilik törədir.

 

Hakim Nonəhal fəalın sərbəst buraxılması üçün təyin etdiyi mülki vəsiqənin məbləğini dəfələrlə dəyişdiyi üçün Yusif Karinin ailəsi onu azad etdirə bilmir.

 

Məlumata görə, fəalın ailəsi son dəfə təyin olunan 50 milyon tümənlik mülki vəsiqəni hazırlayıb, lakin hakim onlara bildirib ki, “Yusifin müvəqqəti azadlığa buraxılması üçün təyin olunan vəsiqənin məbləği 300 milyon tümənədək artırılıb. Bu məbləğ həm də nağd pul kimi məhkəmə sisteminin bank hesabına yatırılmalıdır.”

 

Son vaxtlar İran məhkəmələrində hakimlər öz səliqələrinə uyğun və qeyri-müəyyən qərarlar çıxarır, belə hallara siyasi dosyelərdə daha çox rast gəlinir.

 

Semtyabrın 3-də Ərdəbildə təhlükəsizlik orqanları tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Yusif Kari bir neçə gün saxlandıqdan və “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğu elan edildikdən sonra sentyabrın 8-də Ərdəbil Mərkəzi Zindanının müvəqqəti saxlanma təxridxanasına intiqal edilib.

 

Yusif Kari ötən il Babək qalası və Savalan dağı mərasimlərində saxlanılıb, bir müddət sonra sərbəst buraxılmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN