Güney azərbaycanlı milli-mədəni fəal Rəhim Qulami məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Rəhim Qulami məhkəməyə çağırılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, yazıçı və şair Rəhim Qulami ötən günlərdə məhkəməyə çağırılıb.

 

Fəalın iyunun 3-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etdiyi bildirilir.

 

Hakim Xudadadi fəalın ““GAMAC” Təşkilatında (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, rəhbəri təhqir etmək, virtual aləm və iclaslarda həqiqəti olmayan mətləblər yaymaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə üzləşdiyini açıqlayıb. Elan olunan ittihamlar arasında ““GAMAC”a üzv olmaq” dosyeyə əlavə olunan yeni ittihamdır.

 

Rəhim Qulamı irəli sürülən bütün ittihamları rədd edərək “GAMAC”la bağlı ittihamı Ərdəbil Ettelaat İdarəsinin fəallara qarşı qurduğu yeni ssenari kimi qiymətləndirib.

 

Azərbaycanlı fəal Məhkəmə tərəfindən vəsiqə qərarı çıxarılmasına baxmayaraq təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə martın 4-dən Ərdəbilin Mərkəzi Zindanında müvəqqəti olaraq saxlanılırdı, o aprelin 28-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə ailəsinin dəfələrlə təqdim etdiyi mülki vəsiqə təhlükəsizlik qüvvələrinin təzyiqi nəticəsində qəbul olunmurdu.

 

Rəhim Qulami Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.

 

Azərbaycanın qələm əhli fəalın son saxlanmasını onun topladığı, lakin hələ nəşr etdirmədiyi türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür. Bu məsələ fəal saxlandıqdan sonra təhlükəsizlik qüvvələri onun evinə hücum çəkdiyi zaman sübut olundu. Məmurlar sözügedən Lüğətə aid nə varsa, o cümlədən fayl və əlyazmaları özləri ilə götürmüşdülər.

 

Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN