Güney azərbaycanlı milli-mədəni fəal Yunis Quluzadə 6 ay həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli-mədəni fəal Yunis Quluzadə  6 ay həbs cəzasına məhkum edilib

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi güney azərbaycanlı milli-mədəni fəal Yunis Quluzadəni (Araz) 6 ay azadlıqdan məhrum edib.

 

Fəal “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamları ilə üzləşib.

 

Azərbaycanlı fəal 2019-cu il aprelin 24-də Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq şəhərin kiber polisinin təcridxanasına aparılmışdır.

 

Yunis Quluzadə bir gün saxlandıqdan sonra 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN