Güney azərbaycanlı müəllim saxlanılıb – Sayınqala şəhərində

Güney azərbaycanlı müəllim saxlanılıb – Sayınqala şəhərində

GünAz TV: Güney azərbaycanlı müəllim və milli-mədəni fəal Höccət İmami Ettelaat İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Fəal yanvarın 7-də Sayınqala şəhərində öz evində saxlanılaraq Ettelaat İdarəsinə aparılıb.

 

O yanvarın 8-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyaya aparıldığını və qeyri-müəyyən vəziyyətdə saxlandığını deyib.

 

Təhlükəsizlik qüvvələri fəalı yaxalarkən evdə axtarış aparıb, ona aid ləptop, mobil telefonu və bir neçə kitab özləri ilə götürüblər.

 

Fars dili və ədəbiyyatı müəllimi olan Höccət İmaminin həm də bədən tərbiyəsi üzrə yüksək lisansı var.

 

Hələlik fəalın hansı səbəbdən yaxalandığı barədə hər hansı məlumat yoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN