Güney azərbaycanlı öyrənci faal Yaşar Hüseynzadə müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı öyrənci faal Yaşar Hüseynzadə müvəqqəti azadlığa buraxılıb

GünAz TV: Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlir müvəqqəti azadlığa buraxılıb. 

 

O oktyabrın 10-da mülki vəsiqə qarşılığında azad edilib.

 

Türk öyrənci sentyabrın 22-də təhsil müəssisələrinin açılışına bir gün qalmış Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

 

Onun hansı səbəbdən saxlandığı barədə hələlik dəqiq məlumat yoxdur.

 

Y.Hüseynzadə Dəlirin atası Təbriz Universitetinin təhsil məsələləri üzrə keçmiş rəis müavini olub, o universitetin tanınmış müəllimlərindən biridir.

 

Bundan əvvə Güney Azərbaycan Universitetlərinin bir qrup öyrənci qurumu birgə bəyanat yayaraq Yaşar Hüseynzadə Dəlirin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasını pisləmişdilər.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN