Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin ikinci məhkəmə iclası keçirilib

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin ikinci məhkəmə iclası keçirilib

GünAz TV: Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin ikinci məhkəmə iclası keçirilib.

 

Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.

 

Məlumata görə, casusluq və səlahiyyəti olmayan şəxslərə məlumat ötürmək ittihamları ilə bağlı “Sepah” tərəfindən təqdim olunan dəlillər qanedici olmayıb. Bildirilib ki, guya Məhəmməd Güneyli ittihamlara səbəb olan işlərlə ötən yayın orta ayı, xüsusi ilə də iyulun 8-də məşğul olub. Iakin məhz həmin günlərdə azərbaycanlı fəal “Sepah”ın təcridxanasında olub. Ona görə də işə baxan hakim Ehrari “Sepah”ın quraşdırdığı dəlili qəbul etməyib və təhlükəsizlik orqanının nümayəndəsindən istəyib ki, əlavə dəlil varsa, təqdim edilsin.


Azərbaycanlı fəalın vəkilləri isə dosyedə sözügedən dövlət rəsmisi və Məhəmməd Güneylinin sözdə əlaqədə olduğu dövlətlərin adının açıqlanması və iddianı sübut edən sənədlərin təqdim olunmasını tələb ediblər.


Hakim sonda azərbaycanlı fəalı “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə 6 ay həbs cəzasına məhkum edib. Hökmə Apellyasiya Məhkəməsində baxıla bilər.


Hakim həmçinin təhlükəsizlik qüvvələrinin axtarış zamanı aşkar etdiyi telefon sim kartı (fəal bu sim kart vasitəsi ilə Azərbaycan Milli Hərəkatı ilə bağlı yaratdığı Teleqram kanalını idarə edirmiş), bozqurd və Məhəmmədəmin Rəsulzadənin büstləri, eləcə də qanunsuz hesab etdiyi bir neçə kitabın məhv edilməsi barədə qərar çıxarıb.


Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 23-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.


Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.


Azərbaycanlı vəkilin birinci məhkəmə iclası noyabr ayında keçirilib. Onun dosyesi və məhkəmə prosesi haqda ətraflı məlumat almaq üçün aşağıdakı xəbərə mücariət edə bilərsiniz:
Güney azərbaycanlı vəkil Məhəmmnəd Güneylinin məhkəmə iclası keçirilib

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN