Güney azərbaycanlı yeniyetmənin azadlığa buraxılması üçün ağır mülki vəsiqə tələb olunub

Güney azərbaycanlı yeniyetmənin azadlığa buraxılması üçün ağır mülki vəsiqə tələb olunub

GünAz TV: Babək qalası yürüşü günlərində  saxlanılan urmiyəli yeniyetmə Salar Əfşar azadlığa buraxılması üçün ağır mülki vəsiqə qərarı ilə üzləşib.

 

Məlumata görə, Urmiyə Məhkəməsi 17 yaşlı milli-mədəni fəalın sərbəst buraxılması üçün 50 milyon tümənlik mülki vəsiqə təyin edib.

 

Fəala qarşı irəli sürülən ittiham haqda hələlik dəqiq məlumat yoxdur.

 

S.Əfşar iyulun 7-də Babək Xürrəmdinin doğum gününün ildönümündə şokolad payladığı üçün təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanılıb.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək çox sayda fəalı yaxalayıb. Bir neçə fəal isə qalada saxlanılıb. Ümimilikdə Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə işgəncə edilib.

 

Son günlərdə saxlanılan fəallardan bir çoxu mülki mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Fəallardan bir neçəsi isə hələ də İran təcridxanalarında saxlanılır, onların saxlanma şəraiti və səhhəti ilə bağlı dəqiq məlumat yoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN