Həbib Sasaniyanın məhkəmə iclası təxirə salınıb

Həbib Sasaniyanın məhkəmə iclası təxirə salınıb

GünAz TV: Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın fevralın 12-də keçirilməli olan məhkəmə iclasını təxirə salıb.

 

Məhkəmə prosesi hakimlərin birinin olmaması səbəbindən fevralın 24-nə təyin edilib. Bu haqda azərbaycanlı fəala şifahi olaraq məlumat verilib.

 

H.Sasaniyan məhkəmə tərəfindən qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilib.

 

Fəal casusluq, qanunsuz qrup yaratmaq, ölkənin bölünməsi istiqamətində fəaliyyət etmək və daha bir neçə ittihamla üzləşib, lakin irəli sürülən ittihamlarla bağlı sübut olmadığından məhkəmə prosesində bəzi ittihamlar  geri götürülüb.

 

Azərbaycanlı fəal dəfələrlə məhkəmə prosesinə qatılmaqdan imtina edib. O son dəfə yanvarın 28-də keçirilən Apelyasiya Məhkəməsi prosesinə qatılmayıb. Fəal buna səbəb kimi məhkəmənin müstəqil qərar vermədiyini göstərib.

 

Məmurlar fevralın 5-də Sasaniyan ailəsi ilə əlaqə saxlayaraq onlardan H.Sasaniyanın fevralın 12-dək Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsinə müraciət etməsini tələb etmişdir. Məmurlar bildirib ki, fəal çağırışa məhəl qoymayacağı təqdirdə sənədi məhkəmənin girovunda olan əmlak dövlət tərəfindən müsadirə ediləcək.

 

Fəal dünən məhkəmədə hazır olub, lakin hakimlərin birinin olmadığı səbəbindən proses təxirə salınıb.

 

H.Sasaniyan 2016-cı il mayın 15-də daha bir neçə fəalla birlikdə Ərdəbildə yaxalanıb. O 15 ay yarım qanunsuz olaraq saxlanıldıqdan sonra 2017-ci il avqustun 28-də 350 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar əsassız etiraflar etmək üçün ağır işgəncəyə məruz qalıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN