Həbsdə olan güney azərbaycanlı fəal Lətif Həsəninin yaxınları ilə görüşməsinə qadağa qoyulub

Həbsdə olan güney azərbaycanlı fəal Lətif Həsəninin yaxınları ilə görüşməsinə qadağa qoyulub

GünAz TV: Kərəcin Rəcayişəhr zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Lətif Həsəninin yaxınları ilə görüşməsinə qadağa qoyulub.

 

Prokurorluğun nümayəndəsi Həsəni ailəsi ilə danışığında Lətif Həsəninin yanlış davranışlarına görə bu barədə qərar qəbul olunduğunu bildirib.

 

Dr. Lətif Həsəni Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qondarma ittihamlarla 8 il həbs cəzasına məhkum edilib. 6 il yarımdır həbsdə olan fəal cəzasını Kərəcin Rəcayişəhr zindanının 4-cü korpusunda çəkməkdədir.

 

Azərbaycanlı fəal zindanın 10-cu salonunda saxlanılan digər siyasi məhbuslarıla birlikdə 2 ildir ki, bir çox məhbus hüququndan məhrumdur, o ağır şəraitdə saxlanılır.

 

Lətif Həsəni 4 il əvvəldən hər 4 ayda 3-5 gün məzuniyyətə buraxılsa da, o son 15 ayda yalnız bir dəfə məzuniyyətə çıxa bilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN