Hüseyn Əliməhəmmədi Təbrizin Mərkəzi Zindanına intiqal edilib

Hüseyn Əliməhəmmədi Təbrizin Mərkəzi Zindanına intiqal edilib

GünAz TV: Fevralın 27-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal Təbrizin Mərkəzi Zindanına inqtial edilib.

 

“Herana”nın yaydığı məlumata görə, Hüseyn Əliməhəmmədi martın 2-də sorğu-suala tutulduqdan sonra zindana köçürülüb.

 

Azərbaycanlı fəal çərşənbə axşamı günü Təbrizdə iş yerinə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

 

H.Əliməhəmmədi 2013-cü il noyabrın 4-də digər azərbaycanlı fəal Taha Kirmani ilə birlikdə Təbrizdə yaxalanaraq bu şəhərin Ettelaat İdarəsinə aparılmışdır. Onlar Ettelaat təcridxanasında saxlandıqları müddətdə bir çox işgəncələrə məruz qalıb.

 

H.Əliməhhəmədi təxminən 6 ay müvəqqəti saxlandıqdan sonra mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

Azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ və ölkə rəhbərini təhqir etmək ittihamı ilə 3 il həbsə məhkum edilib, hökm Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılmışdır.

 

H.Əliməhəmmədi digər məhkəmə hökmünə görə 10 il həbs cəzasına məhkum edilib, lakin həbs cəzası Apelyasiya Məhkəməsində 2 ilə endirilib.

 

Milli-mədəni fəal 3 illik həbs cəzasını çəkdikdən sonra 2017-ci il avqustun 6-da Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN