İbrahim Nuri Evin həbsxanasının vəziyyəti haqda Zindanlara Nəzarət edən Heyətə məktub ünvanlayıb

2018-12-17 08:14

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri saxlandığı həbsxananın vəziyyəti haqda Tehran Əyalətinin Zindanlarına Nəzarət edən Heyətə məktub ünvanlayıb.

 

O zindanın vəziyyəti haqda hazırladığı raportda məhbusların ləyaqətinə hörmət edilməməsi və haqlarının pozulmasına etirazını bildirib.

 

Hüquq üzrə öyrənci olan fəal, həbsxana idarəsini qanunlara riayət etməyə çağırıb.

 

O, məktubunda Evin zindanında saxlanılan məhbusların qanunlara uyğun şəkildə səhiyyə xidməti və keyfiyyətli ərzaq ilə təmin olunmadığına diqqət çəkib.

 

İ.Nuri keçən iyul ayında Güney Azərbaycanda keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınıb.

 

Tehran Məhkəməsi daha sonra İ.Nurinin müvəqqəti azadlığına dair hökm çıxarsa da, daha əvvəl başqa məhkəmələrdə həbsə məhkum olunduğu səbəbiylə onun sərbəst buraxılmasına icazə verilməyib və 6 aylıq həbs hökmünün icrasına başlanılıb.

 

6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) keçirilən aksiyalarla bağlıdır. İ.Nuri aksiyada İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O məhkəmədə “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub və 6 ay həbs cəzasına məhkum edilib. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar Apelyasiyas Məhkəməsində olduğu kimi qüvvədə saxlanılıb.

 

Bundan əlavə, azərbaycanlı fəal 2015-ci il noyabrın 12-də məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etdiyinə görə qiyabi olaraq 10 ay həbs cəzasına məhkum edilib.

 

Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəallara edilən təzyiqlərlə bağlı avqustun 11-də yaydığı geniş bəyanatda fəalların qanunsuz saxlanılması və işgəncə edildiyini pisləyərək İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

 

Azərbaycanlı fəal dekabrın 11-də də Evin zindanının 7-ci maarifləndirmə korpusunun rəisinə xəbərdarlıq məktubu ünvanlayaraq zindan məsulları tərəfindən alınan “Zindanların Nizamnaməsi” kitabının qaytarılmasını tələb etmişdir. Fəal xəbərdarlıq etmişdir ki, zindanın daxili qaydaları ilə bağlı kitab qaytarılmayacağı təqdirdə  dekabrın 16-dan həbsxananın qaydalarına əməl etməyəcək. Buna səbəb qaydalarla tanış olmamaqdır və qanuna görə, bu vəziyyətdə qaydaya riayət etməyən şəxs heç bir məsuliyyət daşımır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24

gun az article

Ərdəbildə uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya qarşı divarlara şüarlar yazılıb + GÖRÜNTÜ

2020-09-24

gun az article

İnsan hüquqları cəmiyyəti: Təhsildə qarşılaşdığınız ədalətsizlikləri paylaşın + VİDEO

2020-09-24

gun az article

Milli fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyulub

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranın korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerikanın İrana son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23