İranda 10 il əvvəl toyda araq içən gəncə 80 şallaq zərbəsi vurulub. Beynəlxalq Əfv Təşkilatı etiraz bəyanatı yayıb

İranda 10 il əvvəl toyda araq içən gəncə 80 şallaq zərbəsi vurulub. Beynəlxalq Əfv Təşkilatı etiraz bəyanatı yayıb

GünAzTV: İranın Rəzəvi Xorasan əyalətinin Kaşmər şəhərində, 10 il əvvəl toyda alkoqollu içki içdiyinə görə bir gəncə 80 şallaq zərbəsi vurulub.

 

Adı və soyadı mediada ixtisarla (M.R) verilən 26 yaşlı gənc, iyulun 19-da Kaşmərin Namazi meydanında yerləşən “Baqir əl Ulum” məscidinin qarşısında cəzalandırılıb. Polisin maskalı bir əməkdaşı ağaca bağlanmış gəncin kürəyinə, insanların gözü qarşısında vəhşicəsinə 80 şallaq zərbəsi endirib.

 

Bildirilir ki, həmin gənc, on il əvvəl 16 yaşında ikən dostları ilə bərabər toyda iştirak edərək birlikdə araq içib kefləndikdən sonra aralarında dava düşüb. Dava, bir nəfərin ölümü ilə nəticələnib. Ölən şəxsin ölümündə heç bir günahı olmayan bu gənc, polis tərəfindən axtarılmasından qorxuya düşərək həmin müddət, yarı gizli həyat sürmək məcburiyyətində qalıb.

 

Artıq 26 yaşına dolmuş gənc, bir neçə gün əvvəl tutularaq 10 il əvvəl barəsində çıxarılmış 80 şallaq zərbəsi hökmü icra edilib.

 

 

Beynəlxalq Əfv Təşkilatı iyulun 12-də bəyanat yayaraq, İranın Kaşmər şəhərində bu gəncə şallaq zərbələri vurulmasını “sarsıdıcı xəbər” adlandıraraq kəskin pisləyib: “İranda baş vermiş bu hadisə, beynəlxalq qanunlara, Uşaq və Yeniyetmə Hüquq Konvensiyası qanunlarına qarşı zidd addımdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN