İranda daha 8 dərvişə hökm oxunub. Dərviş Mustafa Əbdi 26 il həbsə məhkum edilib

İranda daha 8 dərvişə hökm oxunub. Dərviş Mustafa Əbdi 26 il həbsə məhkum edilib

GünAzTV: 6 ay əvvəl Tehranda polis qüvvələrinin dərvişlərin dinc etirazına kobud müdaxiləsində kütləvi şəkildə tutulan daha 8 dərvişə hökm oxunub.

 

Avqustun 15-də Tehran inqilab məhkəməsi dərvişlərə məxsus “Majzooban.org” (Məczubani-nur) saytının müdirlərindən olan Mustafa Əbdini 26 il həbsə, 148 şallaq zərbəsinə və 2 il sürgünə məhkum edib. Məhkəmənin hökmünə əsasən, həmçinin dərvişin 2 il müddətinə ölkədən çıxmasına, eləcə də onun 2 il müddətinə media ilə əməkdaşlığına və ictimai-siyasi toplantılara qatılmasına qadağa qoyulub.

 

Tehran məhkəməsinin hökmü ilə, həmçinin dərvişlər Mehdi məhdəvifər, Bəşir Riyahi, Səxavət Səlimi, Əbülfəzl Səhrai, Rüstəm Səgvənd, Murtuza Kəngərlu və Ərdəşir Əşayiri 7 ildən 13 yarım ilə qədər həbsə, şallaq zərbələrinə, 2 il müddətinə Sistan-Bəlucistan əyalətinə sürgünə məhkum edilib, onların ictimai-siyasi fəaliyyətlərinə və digər hüquqlarına məhdudiyyət qoyulub. 

 

Dərvişlər, qanunsuz toplantılara qatılmaqda, ictimai asayişi pozmaqda, polisə müqavimət göstərməkdə və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılıb.

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə bir neçə dərviş həlak olub, onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hüquq-mühafizə əməkdaşlarından isə 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.

 

 

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN