İranda görülməmiş qəddarlıq: oğlunun edam xəbərini eşidən ana qan qusmağa başlayıb - FOTOLAR

İranda görülməmiş qəddarlıq: oğlunun edam xəbərini eşidən ana qan qusmağa başlayıb - FOTOLAR

GünAzTV: İranda qızıl mağazasına silahlı basqında günahlandırılan daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, gənc müttəhim Bəhmən Vərməzyar, 4 il həbsdə saxlandıqdan sonra aprelin 18-i sübh saatlarında İranın Həmədan şəhərinin zindanında dara çəkilib.

 

Bəhmən Vərməzyar, dörd il əvvəl Həmədan şəhərində dostu ilə birlikdə bir qızıl  mağazasına silahlı basqın etmişdi. Onunla əlbir olan dostu cinayət başında tutulsa da, Bəhmən, hadisə yerindən qaça bilmişdi. Hadisədən 10 gün sonra vicdan əzabı çəkərək etdiyi əməlindən peşman olan gənc müttəhim, könüllü olaraq özünü polisə təslim edərək oğurladığı qızılları sahibinə qaytarmışdı. Lakin bütün bunlara baxmayaraq Həmədan məhkəməsi onu silahlı basqında günahlandıraraq ölümə məhkum etmişdi.

 

3 gün əvvəl Bəhmənin valideynləri Həmədan zindanına çağırılaraq, övladları son dəfə görüşməyə və onunla vidalaşmağa imkan verilmiş və anasına oğlunun sabahısı gün, yəni aprelin 17-də edam ediləcəyi bildirilmişdi. Bu xəbərdən sarsılan müttəhimin anası və böyük qardaşı ayrı-ayrılıqda sosial şəbəkələrdə video-çarxlar yayaraq Bəhmənə çıxarılan  ölüm hökmünün dayandırılmasını rəsmilərdən xahiş etmiş, millətdən dəstək istəmişdilər.

 

Müttəhimin anası həmin video-çarxda İranın dini lideri axund Əli Xamneyiyə yalvararaq, ağlaya-ağlaya onun şəninə təriflər söyləmiş, oğlunun bağışlanmasını xahiş etmişdi. Sosial şəbəkələrdə yayılan video-çarxlar vətəndaşların hislərinə toxunaraq, təsir etmiş, onların dəstəyini qazanmışdı. Video-çarxların yayılmasından az sonra Əli Xamneyinin rəsmi göstərişinə əsasən, gənc müttəhimin ölüm hökmünün icrası müvəqqəti olaraq dayandırılmışdı. Beləliklə də oğlunun dini lider tərəfindən bağışlandığını zənn edən ana, yaydığı ikinci bir video-çarda dini liderə və digər ruhanilərə öz dərin təşəkkürünü bildirmişdi.

 

Lakin bütün bunlara baxmayaraq, İran saytlarının yaydığı xəbərə əsasən, gənc idmançı Bəhmən Vərməzyara çıxarılan ölüm hökmü bu gün (18 aprel) sübh saatlarında Həmədan zindanında icra edilib və o ailəsinin xəbəri olmadan dara çəkilib. Yayılan məlumatlara əsasən, oğlunun dini lider tərəfindən bağışlandığını zənn edərək azca nigarançılıqdan çıxan müttəhimin anası, bu gün oğlunun  edam edildiyini eşidən kimi şok keçirərək, qəfildən halı pisləşib və o qan qusmağa başlayıb. Onun səhhətinin ağır olduğu bildirilir.

 

 

 

 

                              Dara çəkilən müttəhim Bəhmən Vərməzyar

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN