İsrail “Əsrin sövdələşməsi” ilə əlaqədar fələstinlilərlə danışıqlara hazırdır

İsrail “Əsrin sövdələşməsi” ilə əlaqədar fələstinlilərlə danışıqlara hazırdır

GünAz TV: İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərq Sülh planı - “Əsrin sövdələşməsi” üzrə  fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu söyləyib.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Netanyahu bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında deyib.

 

"İsrail sülh danışıqlarına başlamağa hazırdır. Fələstinlilərin nə qərar verməsindən asılı olmayaraq, İsrail növbəti dörd il ərzində sülh yolunu davam etdirəcək”, - deyə Baş nazir əlavə edib. 

 

Qeyd edək ki, ABŞ-ın hazırkı Administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur. Təxminən üç il əvvəl sülh təşəbbüsü ilə ortaya atılmış plan Trampın müşaviri Jared Kuşner və ABŞ liderinin köməkçisi Jeyson Qrinblatt tərəfindən hazırlanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN