İttihamlardan bəraət qazanan 3 güney azərbaycanlı fəal yenidən mühakimə olunacaq – Səbəb?

İttihamlardan bəraət qazanan 3 güney azərbaycanlı fəal yenidən mühakimə olunacaq – Səbəb?

GünAz TV: Güney azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Sattari Rəuf ittihamlardan bəraət qazanmalarına baxmayaraq yenidən məhkəmə qarşısına çıxarılacaq.

 

Urmiyə prokurorunun müavini fəalların məhkəmə dosyesi ilə bağlı şikayət etdikdən sonra bu barədə qərar verilib.

 

Adlarını çəkdiyimiz fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda saxlanmışdır. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən 12-ci ildönümü mərasimi ilə bağlı tutulub, bir müddət sonra müvvəqti olaraq zaminə buraxılmışdır.

 

Qeyd etmək lazımdır ki, fəalların dosyesi məhkəmənin prokurorluqda olan nümayəndəsi (bazpors) tərəfindən qapanmışdır, lakin təhlükəsizlik orqanlarının təzyiqi ilə Sulduz prokuroru həmin dosyeni yenidən gündəmə gətirdi.

Fəallar “qanunsuz yığıncağa qatılmaq, başqalarını yığıncağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparma” ittihamı ilə iki dəfə mühakimə olundu. Nəhayət ki, Sulduz 2 nömrəli Məhkəməsinin 103-cü şöbəsi aprelin 13-də fəallar barəsində bəraət hökmü çıxarıb.

 

Bu dəfə Urmiyə prokurorunun müavini çıxarılan hökmlə razılaşmayaraq dosye ilə bağlı şikayət edib, artıq fəalların “qanunsuz mərasimdə iştirak etmək və millətçiliyə dəlalət edən sənədlər daşımaqla ümumi nizam-intizamı pozmaq” ittihamı ilə mühakimə olunacağı barədə qərar qəbul olunub. Məhkəməyə çağırılan fəallar oktyabrın 9-da Urmiyənin İnqilab Məhkəməsinə müraciət etməlidir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN