Kiyanuş Aslani və Tohid Əmir Əmini barəsində hazırlanan iddianamənin detalları məlum olub

Kiyanuş Aslani və Tohid Əmir Əmini barəsində hazırlanan iddianamənin detalları məlum olub

GünAz TV: Tehranın İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini haqda prokurorluqda hazırlanan iddianamənin detallarını açıqlayıb.

 

Bir neçə səhifəsi etnik məsələləri ilə bağlı olan iddianamə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinə çağırılan fəallara açıqlanıb. Kiyanuş Aslani və Tohid Əmir Əminidən özlərini müdafiə etmək üçün iyunun 22-də məhkəmə iclasına qatılmaları tələb olunub.

 

Məlumata görə, fəallar qeyd olunan gündə Təbriz vaxtı ilə saat 9:00-da məhkəmə prosesinə qatılaraq “sistemin əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamlarından özlərini müdafiə edəcəklər. Məhkəmə iclasına hakim Maşallah Əhmədzadə sərdlik edəcək.

 

“Bu iki müttəhim pantürkist qrupunun məqsədini bildiyi halda qəsdən bu qrupa qoşulub, onlar qrupa üzvlər tapmağa çalışıb və nəticə etibarı ilə ölkəni türk qövmlərinin xeyirinə olaraq parçalamağa cəhd göstəriblər. Onların virtual aləmdə göndərdikləri mesajlar da bu hədəfə çatmaq istiqamətində olub. Müttəhimlərin müxtəlif insanlara göndərdikləri mesajlar onların inqilaba zidd cərəyanlarla əlaqələrinin nə qədər dərin olduğunu göstərir.”- deyə İddianamədə qeyd olunub ki,

 

İddinamədə fəalların konkret olaraq hansı qrupa üzv olduqları qeyd olunmayıb.

 

Tohid Əmir Əmini və Kiyanuş Aslani Beynəlxalq Ana Dili Günü ilə bağlı trakt və braşura yaymaqla bağlı Tehranda tutulub. Onlar hal-hazırda Tehranın Evin zindanında saxlanılır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN