Koronavirus həbsxanalarda: Güney azərbaycanlı fəallar Rəhim Qulami və İbrahim Nuri məzuniyyətə buraxılıb

Koronavirus həbsxanalarda: Güney azərbaycanlı fəallar Rəhim Qulami və İbrahim Nuri məzuniyyətə buraxılıb

GünAz TV: İran həbsxanalarında koronavirusun geniş yayıldığı səbəbindən iki güney azərbaycanlı fəal məzuniyyətə buraxılıb.

 

Məlumata görə, türk jurnalist və şair Rəhim Qulami martın 12-i günortadan sonra Ərdəbil zindanından zaminə buraxılıb. Bundan əvvəl səlahiyyətli məsullar onun məzuniyyətə buraxılmasına mane olurdu.

Son vaxtlar astma və böyrək xəstəliyindən əziyyət çəkən fəalın səhhəti ağırlaşmışdır. Hətta zindanının poliklinikasında saatlarla üzərində süni tənəffüs tətbiq olunmuşdur.

 

Martın 12-də digər güney azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri də təxminən 21 ay həbsdən sonra birinci dəfə olaraq məzuniyyətə buraxılıb. Bundan əvvəl digər məhkəmə işlərinə görə 6 və 10 aylıq həbs hökmü olan fəal 16 aylıq həbs cəzasını başa vurduqdan sonra azadlığa buraxılmadı, məsullar hökmlərin cəmləşməsi və ən ağır hökmün tətbiq olunması ilə bağlı qanunun icra edilməsinə razılıq verməmişdir.

 

Korona epidemiyası ilə əlaqədar bundan əvvəl güney azərbaycanlı fəallardan Kiyanuş Aslani, Saleh Molla Abbasi və Süleyman Kazimi də müvəqqəti olaraq evə buraxılıb. Lakin Ərdəbil zindanında Abbas Lisani, Yusif Kari, Tehranın Evin zindanında isə Əlirza Fərşi, Əkbər Nəimi, Tövhid Əmir Əmini, Cəfər Rüstəmirad, Kazim Səfabəxş, Zeynəb Həmrəng, Seyid Ehsan Şükrxudayi və digər azərbaycanlı fəalların qalması böyük nigaranlıq doğurur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN