Lətif Həsəninin məzuniyyət tələbi təmin olunmayıb - Rəcayişəhr zindanında

2018-12-21 13:56

GünAz TV: Kərəcin Rəcayişəhr zindanında məhkum edildiyi 8 illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı milli-mədəni fəal Lətif Həsəninin məzuniyyət tələbi həbsxana məsulları tərəfindən rədd edilib.

 

Məlumata görə, zindanın 10-cu korpusunun 4-cü salonunda saxlanılan fəal 3 ildir ki, hər 4 ayda bir dəfə 4-5 günlük məzuniyyətə buraxılır. Lakin onun son dəfə evə buraxıldığından 6 ay keçməsinə baxmayaraq məzuniyyətə getməsinə icazə verilmir. Azərbaycanlı fəal bu barədə müraciət edib, lakin tələbi zindan məsulları tərəfindən təmin olunmayıb.

 

Fəal o halda məzuniyyətə buraxılmır ki, valdeyinləri xəstəlikdən dolayı onun görüşünə getməyə qadir deyil.

 

Lətif Həsəni 2013-cü ilin qış aylarında 4 azərbaycanlı fəalla (Mahmud Fəzli, Şəhram Radmehr, Ayət (Yürüş) Mehrəlibəyli və Behbud Quluzadə) birlikdə saxlanılıb. Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi fəalların hər birini 9 il azadlıqdan məhrum edib. Lakin əvvəlki hökmlər nəzərdən keçirildikdən sonra onların həbsi 8 ilə endirilib.

 

Azərbaycanlı fəallar qanunsuz qrup yaratmaqla milli təhlükəsizliyə qarşı cəhd göstərməkdə günahlandırılıb.

 

Hazırda Lətif Həsənidən başqa onunla birlikdə saxlanılan fəalların hamısı şərti azadlığa buraxılıb.

 

2013-cü ildə Təbrizin Mərkəzi Zindanında həbs edilən fəal təxminən 50 gün aclıq aksiyası keçirdikdən sonra 2014-cü ilin iyun ayında öncə Tehranın Evin zindanı, sonra isə Rəcayişəhr zindanına intiqal edilib.

 

Güney Azərbaycanın Xalxala şəhərində dünyaya göz açan Dr. Lətif Həsəni politologiya ixtisası üzrə təhsil alıb, o Bakı Dövlət Universitetinin məzunudur.

 

İranda son zamanlar azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Azərbaycanlı siyasi məhbusların əksəriyyəti ilkin hüquqlarından məhrumdur. Bu vəziyyət ölkənin müxtəlif həbsxanalarında hökm sürür.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02

gun az article

GünazTV June.01.2020: PARLAQ GƏLƏCƏK:İran rejimi ABŞ etirazlarınan sui-istifadə edir, Güney Azərbaycanlıların köçmək səbəbi.

2020-06-01