Mehdi Kuxiyan aclıq aksiyasına başlayıb

2019-04-10 08:06

GünAz TV: Aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyanın aclıq aksiyasına başladığı barədə xəbər yayılıb.

 

“Herana” agentliyinin yaydığı məlumata görə, fəal ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq aprelin 9-da aclığa başladığını bildirib.

 

Kuxiyanın yaxınlarının dediyinə görə, azərbaycanlı fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, onun fəalla bağlı hansı ssenari üzərində işlədiyi isə hələlik məlum deyil.

 

Belə açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur. Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

 

Etibarlı bir mənbə fəal saxlandığı gün bildirmişdir ki, bundan əvvəl dəfələrlə Məlikanın millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən fəal bazar ərtəsi günü yaxalanaraq Məlikan Ettelaat İdarəsinin təcridxanasına aparılıb. O saxlanılarkən döyülüb və baş nahiyyəsindən yaralanıb.

 

Mehdi Kuxiyan 2017-ci il yanvar ayında (hicri-şəmsi təqvimi ilə 1395-ci il dey ayı) Məlikan prokuroru və bələdiyyə başçısının şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanılıb. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə həbs cəzası ilə üzləşib.

 

Xatırladaq ki, Mehdi Kuxiyan bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və mədəni hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02

gun az article

GünazTV June.01.2020: PARLAQ GƏLƏCƏK:İran rejimi ABŞ etirazlarınan sui-istifadə edir, Güney Azərbaycanlıların köçmək səbəbi.

2020-06-01

gun az article

Milli fəal Yunis Quluzadə həbs cəzasının icrası üçün zindana gedib

2020-06-01

gun az article

Sərçəm-Ərdəbil magistral yolunda avtomobil qəzası: 1 nəfər yanaraq ölüb

2020-06-01

gun az article

İranın təhlükəsizlik qüvvələri kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasiminin keçirilməsinə icazə verməyib + VİDEO

2020-06-01

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01