Mehdi Kuxiyan Ettelaat-da işgəncə altında saxlanılır

Mehdi Kuxiyan Ettelaat-da işgəncə altında saxlanılır

GünAz TV: Son günlərdə Marağa zindanından bu şəhərin Ettelaat İdarəsinin təcridxanasına köçürülən azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyanın işgəncələr altında saxlandığı bildirilir.  

 

Etibarlı mənbələrdən əldə olunan məlumata görə, məlikanlı (“Məlik kəndi”) fəal məcburi etiraf almaq məqsədi ilə Ettelaat-ın təcridxanasına köçürülüb.

 

Aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı fəal aprelin 13-ü axşam saatlarında Ettelaat-ın təcridxanasından zindana köçürülmüşdür.

 

Kuxiyanın yaxınlarının dediyinə görə, fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, deputat və Ettelaat İdarəsinin onunla bağlı hansı ssenari qurduqları hələlik məlum deyil. Bu kimi açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur.

 

Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun qətlə yetirilməsi ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN