Milli-mədəni fəal Siyamək Mirzayinin dosyesinə Ali Məhkəmədə baxılacaq

Milli-mədəni fəal Siyamək Mirzayinin dosyesinə Ali Məhkəmədə baxılacaq

GünAz TV: Tehranın Evin zindanının 8-ci korpusunda məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal mühəndis Siyamək Mirzayinin dosyesinə Ali Məhkəmədə baxılacaq.

 

Fəalın vəkili cənab Fəqihi Apelyasiya Məhkəməsinin hökmünə etiraz etdikdən sonra dosyeyə Ali Məhkəmənin 35-ci Şöbəsində baxılacağı barədə qərar verilib.

 

Vəkilin etirazı Ali Məhkəmədə təsdiqlənərsə, S.Mirzayinin dosyesi yenidən Apelyasiya Məhkəməsinə göndəriləcək.

 

S.Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

S.Mirzayi bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN